Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

“Krokus” terrorçularını gizlədən hostel menecerinə 3 il həbs

Orkhan Ali 24 Aprel 2026 - 11:00 (Last updated: 24 Aprel 2026 - 09:26)
Məhkəmə

Məhkəmə

Moskva məhkəməsi “Krokus Siti Holl” konsert zalına hücum edən şəxslərin qaldığı hostelin menecerini üç il müddətinə azadlıqdan məhrum edib. AzPost xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

İş materiallarına görə, qadın yaşayış binasında yerləşən kiçik bir apart-oteli idarə edib. Orada bir müddət sonra cinayət ortaqları ilə birlikdə terror aktı törədən əcnəbilər yaşayıb.

Məhkəmə müəyyən edib ki, terrorçular müntəzəm olaraq hosteldə qalıb, ödənişləri nağd və ya köçürmə yolu ilə edib, gecələyib çıxıb və yenidən qayıdıblar. Lakin onların lazımi sənədləri olmayıb və hosteldə qalmaları barədə məlumatlar nəzarət orqanlarına ötürülməyib.

Qadın əcnəbi vətəndaşların qanunsuz yaşayışını təşkil etməkdə təqsirli bilinib. O, məhkəmədə günahını inkar etməyib. Həbs müddəti ilə yanaşı, ona iki il ərzində mehmanxana biznesi sahəsində çalışmaq qadağan edilib. Hökm oxunana qədər o, ölkəni tərk etməmək barədə iltizamnamə ilə azadlıqda idi.

Faciənin xatırlatması: “Krokus Siti Holl”a hücum 22 mart 2024-cü ildə Krasnoqorskda baş verib. Silahlı şəxslər atəş açıb və yanğın törədiblər. Nəticədə 149 nəfər həlak olub, bir nəfər itkin düşmüş hesab olunur, 600-dən çox insan isə yaralanıb. Dəymiş ziyan təxminən altı milyard rubl dəyərində qiymətləndirilib.

Bundan əvvəl bu iş üzrə müttəhimlərin əksəriyyəti barəsində hökm çıxarılıb: onların bir hissəsi ömürlük, digərləri isə uzunmüddətli həbs cəzası alıb. Digər fiqurantlar üzrə istintaq davam edir.

AzPost.az

Post navigation

Previous: İtalyanlar enerji böhranı səbəbindən mal ətindən imtina ediblər
Next: Azərbaycandan tranzit yolla Ermənistana buğda göndərilib

Oxşar xəbərlər

Qətl
  • Kriminal

Şəmkirdə kişi qadını öldürüb intihar etdi – hadisənin təfərrüatları açıqlandı

User 17 Noyabr 2026 - 09:55
avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34

xƏBƏR

tramp teyyare
  • Dünya

Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”

User 19 Noyabr 2026 - 21:52
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin Ukraynaya gələcək hərbi və maliyyə dəstəyini davam etdirməsinin məqsədəuyğunluğunu şübhə altına...
Read more about Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”
Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib hebs qadin
  • Sosial

Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib

User 19 Noyabr 2026 - 21:17
Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub meleyke bdu
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur surusme badadar
  • Baş Yazı

Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur

User 19 Noyabr 2026 - 18:19
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib ilham vyetnam01
  • Siyasət

İlham Əliyev Vyetnama rəsmi səfərə gedib

User 19 Noyabr 2026 - 18:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.