Küləkli hava ilə bağlı rayonlarda sarı və narıncı xəbərdarlıq edilib

İyunun 19-u axşamdan başlayaraq 20 və 21-də bəzi rayonlarda küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq edilib.

Qobustan, Siyəzən, Altıağac, Xızı, Şabran, Xaçmaz, Salyan, Ordubad, Culfa, Beyləqan, Yevlax, Bərdə, Tərtər, Ağdam, Ağdərə, Ağcabədi, Şəki, Balakən, Qax, Oğuz, Zaqatala, Tovuz, Samux, Göyçay, Ağstafa, Gədəbəy, Daşkəsən və Ağdaşda sarı xəbərdarlığa uyğun olaraq qısa müddətə küləyin sürəti 13.9-20.7 m/s olacaq.

Goranboy, Naftalan, Gəncə, Göygöl, Mingəçevir, Şəmkir və Neftçalada isə narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/s təşkil edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.