Külək “Sədərək”də yanğını söndürməkdə çətinlik yaradır –Dairəvi yolda tıxac var /FOTO

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

FHN Mətbuat xidmətindən verilən xəbərə görə, havanın küləkli olması yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də qüvvələr tərəfindən ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar bəzi sürücülərin hadisə yerinə baxması səbəbindən Kənar Dairəvi yolda nəqliyyat sıxlığı müşahidə edilir.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

 

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.