Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb- FOTO

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində son günlərdə Sərhəd Qoşunlarının “Lənkəran” və “Göytəpə” sərhəd dəstələrinin xidməti ərazisində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları əməliyyat keçiriblər.

Xidmətin mətbuat mərkəzindən verilən məlumata görə, əməkdaşların sayıqlığı nəticəsində ümumi çəkisi 53 kiloqram 865 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əvvəlki məqalə

“Gənclər ətraf mühitin keşiyində” adlı layihə çərçivəsində seminar –

Sonrakı məqalə

Yaxın saatlarda Qəzza üzrə atəşkəs danışıqları bərpa olunacaq