Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb- DSX

İyulun 14-də saat 08:20-də külli miqdarda narkotik vasitənin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 53 kiloqram 700 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əvvəlki məqalə

Bu gün MİQ üzrə sonuncu imtahanlar keçiriləcək

Sonrakı məqalə

“Dünyanın heç bir ölkəsi NATO-ya üzvlük üçün Ukrayna qədər səy göstərməyib”