Kür sahilində nəşə əkən Neftçala sakini saxlanılıb

Neftçala Rayon Polis Şöbəsin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Kür çayının rayonun Qaravəlli kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Fəttah Əhmədov saxlanılıb.
Bu barədə DİN məlumat verib.
Əraziyə keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydalara qulluq edilərək yetişdirilmiş 35 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Azpost.info
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.