Kürdəmirdə yol qəzası baş verib, 5 nəfər xəsarət alıb

Kürdəmirdə 5 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün səhər saatlarında rayon ərazisində qeydə alınıb.

İki “VAZ-2107” markalı minik maşını toqquşub.

Nəticədə 5 nəfər müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.