Kürdəmirdə mikroavtobus su kanalına düşüb, xəsarət alanlar var

Kürdəmirdə idarəetmədən çıxan “Mercedes” su kanalına düşüb, xəsarət alanlar var.

Hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Gəncə sakini, 1988-ci il təvəllüdlü Abdullayev Ceyhun Canpolad oğlu “Mercedes” markalı mikroavtobusla hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Qəza zamanı sürücü və onun sərnişini 2005-ci il təvəllüdlü Əhədov Yusif Ramil oğlu müxtəlif dərəcəli ağır bədən xəsarəti alıblar.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Fakt araşdırılır(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.