Ləğv edilmiş 4 bankın müştərilərinə 615 milyon manat әmanәt qaytarılıb

01 Yanvar 2022 - 10:23

2020-ci ildә maliyyә sabitliyi siyasәti başlıca olaraq maliyyә bazarlarının vә sisteminin stabilliyinin tәmin olunmasına, pandemiyanın neqativ tәsirlәrinin minimallaşdırılmasına, әhalinin vә biznesin dәstәklәnmәsinә yönәldilib. Yaranmış vәziyyәtә baxmayaraq maliyyә vasitәçiliyinin genişlәndirilmәsi vә maliyyә bazarlarının dәrinlәşdirilmәsi istiqamәtindә işlәr davam etdirilib.

Bu barədə AMB-nin “2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətini əsas istiqamətləri barədə” bəyanatında qeyd olunur. 2021-ci ildә bank sektorunun sağlamlaşdırılması istiqamәtindә radikal addımlar atılıb, maliyyә dayanıqlığını itirmiş 4 bank sistemdәn kәnarlaşdırılıb. Hәr dörd bank üzrә әhalinin әmanәtlәrinin verilmәsi әsasәn tәmin edilib, 24 mindәn çox әmanәtçiyә 615 milyon manat mәblәğindә әmanәt qaytarılıb.