Lənkəran Dövlət Dram Teatrının yeni saytı hazırlanıb –

FOTO
07 Oktyabr 2019 - 11:22

Lənkəran Dövlət Dram Teatrının veb saytı yenilənərək istifadəyə verilib.

Azpost.info bildirir ki, https://lenkeranteatr.az  saytı yeni dizayn və son texnologiyaları dəstəkləyən sistemlə hazırlanıb. Gündəlik yenilənən saytda teatrın keçdiyi yol, onun yaradıcı, bədii-texniki tərkibi, həmçinin bu sənət ocağında çalışmış və dünyasını dəyişmiş insanlar barədə müfəssəl məlumat yerləşdirilib. Ziyarətçilər üçün sayta daxil olmaqla teatrda ayrı-ayrı vaxtlarda hazırlanmış tamaşaların videosuna baxmaq imkanı da yaradılıb.