Lənkəranda ağır qəza baş verib –2 nəfər ölüb, 6 yaralı var/FOTO/YENİLƏNİB

Lənkəranda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.

Xəsarət alanlar “Tayota Prado”-nun sürücüsü Bakı şəhər Xəzər rayonun Binə qəsəbə sakini 1982-ci il təvəllüdlü Məmməd Rəcəbov, “Mercedes”-in sürücüsü Lənkəran rayonunun Haftoni kənd sakini 1981-ci il təvəllüdlü Mühəndis Rzayev, eləcə də hər iki nəqliyyat vasitəsində sərnişin qismində olan Lənkəran rayon sakini 1967-ci il təvəllüdlü Məlahət Mahmudova, 2014-cü il təvəllüdlü Akif Mahmudov, Lerik rayonunun Bırkandul kənd sakini 1998-ci il təvəllüdlü Alqayıt Əliyev, Bakı şəhər Binə qəsəbə sakini 2008-ci il təvəllüdlü Eldar Rəcəbli, 2013-cü il təvəllüdlü Hüseyn Rəcəblidir.

Yaralılardan 10 yaşlı Akif Mahmudov və 57 yaşlı Məlahət Mahmudovanın vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.

Həkimlərin səylərinə baxmayaraq, qəza nəticəsində ağır xəsarət alan 2014-cü il təvəllüdlü Akif Mahmudov komadan çıxmayıb.

Akif Mahmudovun meyiti artıq ailəsinə təhvil verilib.

**

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ələt-Astara magistralının 152-ci km-də olub.

“Toyota Prado” və “Mercedes” markalı minik avtomobilləri toqquşub, “Toyota Prado” aşıb.

Qəzada  2 nəfər ölüb.

Xəsarət alan 6 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub, onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilib.

Həkimlər qəza nəticəsində ağır xəsarət alan 9 yaşlı uşağın həyatını xilas edə bilməyiblər. (APA)

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.