Bu ilin yanvar-oktyabr aylarında Lənkəran rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 3 milyon 350 min 44 manat olan 45 tender keçirilib.
Azpost.info Fed.az-a istinadən bildirir ki, ən çox tender keçirən dövlət qurumu Lənkəran rayon Mərkəzi Xəstəxanası olub. Lənkəran rayon Mərkəzi Xəstəxanası ümumi məbləği 627 min 938 manat olan 13 tender keçirib. Tenderlərin ümumi məbləğinə görə ən böyük məbləğ Lənkəran şəhər Icra Hakimiyyəti olub. İcra Hakimiyyəti ümumilikdə 2 milyon 218 min 859 manat məbləğində 9 tender bağlayıb. İcra hakimiyyətinin 9 tenderindən 6-nı “CƏNUB-2000” MMC şirkəti udub.
Bundan başqa rayonda Lənkəran Müalicə Diaqnostika Mərkəzi, Lənkəran Tibb Kolleci, Lənkəran Dövlət Humanitar Kolleci, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 10 saylı Lənkəran Ərazi İdarəsi, Lənkəran Dövlət Universiteti və başqa qurumlar da satınalmalar həyata keçirib.
Tenderi qazananlar arasında həm hüquqi şəxslər, həm də fiziki şəxslər, yerli sahibkarlar var.