Lənkəranda evdən 18 min dollar oğurlandı –Oğru qohum çıxdı

Lənkəran Liman şəhəri ərazisində yerləşən evlərdən birindən 8000 ABŞ dolları və 930000 rus rublunun ( 10 min dollar) oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat verib.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Rahim Əkbərov, Elşən Mirzəzadə və Rövşən Nuruşov saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, dəstənin digər üzvlərinə həmin evdə külli miqdarda pulun olması barədə məlumatı zərərçəkənin qohumu R.Əkbərov verib.
Araşdırmalar davam etdirilir.
Əvvəlki məqalə

“Mançester Yunayted”in yeni baş məşqçisi bu şəxs olacaq –

Sonrakı məqalə

Sabah bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq