Lənkəranda “Kamaz” sürücünün üstünə aşıb –FOTO

Lənkəranda bədbəxt hadisə nəticəsində sürücü xəsarət alıb.

Hadisə axşam saatlarında rayonun Qurumba kəndində baş verib.

Kənd sakini 1984 – cü il təvəllüdlü Sucəddin Bahəddin oğlu Həsənov evində “Kamaz” markalı yük avtomobilinin təkərini dəyişmək istəyib. Bu zaman anidən qaldırıcı boşalıb və yük maşını sürücünün üstünə aşıb. S.Həsənov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona bazu sümüyünün və döş fəqərələrinin çoxsaylı sınığı diaqnozu qoyublar. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.