Lənkəranda meyiti tapılan 22 yaşlı gənc qızla bağlı yeni detallar

Lənkəranda meyiti tapılan qadının kimliyi və bəzi təfərrüatlar məlum olub.

Meyiti tapılan qadın Cəlilabad rayon Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır.

K.Ağayeva bu ilin martın 2-dən itkin düşüb. Nənəsinin APA-ya verdiyi məlumata görə o, ailəli olub və ayrılıb.

Cəlilabadda kollecdə oxuyub. İşləmək üçün Lənkərana gəlib. 2 – 3 gündən sonra ondan heç bir xəbər olmayıb.

Onun itkin düşməsi barədə polisə məlumat verilib. Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.

Əvvəlki məqalə

Rusiya ali təhsildə bakalavr anlayışından imtina edir

Sonrakı məqalə

“Gürcüstan hökuməti öz kursunu dəyişməlidir” –