Lənkəranlı narkotacirlərdən 20 kq marixuana tutulub

Lənkəran sakinlərindən 20 kiloqram narkotik vasitə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri Aqil Vəliyev və Anar Vəlizadə sonuncunun idarə etdiyi “Opel” markalı avtomobildə saxlanılıblar. Həmin nəqliyyat vasitəsindən 20 kiloqram tərkibi psixotrop maddə ilə zənginləşdirilmiş marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı həmin narkotik vasitəni saxlanılan şəxslərdən Aqil Vəliyevin şəxsiyyəti istintaqla araşdırılan “Hafis” adlı İran vətəndaşından əldə etdiyi müəyyən edilib.
Araşdırmalar davam etdirilir.

Əvvəlki məqalə

Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı məhkəmə yekunlaşıb

Sonrakı məqalə

Keçmiş filmlərimizə nostalji yaradan serial