Ləğv olunan bankların müştərilərinə xəbər  –Pullar verilir, bu Bankdan ala bilərsiniz

Bu gündən etibarən Azərbaycanda ləğv prosesində olan banklarda kreditor tələbinin ödənilməsinə başlanılıb.

Əmanətlərin Sığortalanması Fondundan  verilən məlumata görə, ləğv prosesində olan “Atrabank”, “Royalbank”, “Kredobank”, “Zaminbank”, “Bank of Azerbaijan”, “Qafqaz İnkişaf Bankı”, “Bank Standard”, “Yunayted Kredit Bank”, “Texnikabank”, “Dəmirbank” və “Gəncəbank”da fiziki şəxslərin 17 min manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə oktyabrın 16-dan “Kapitalbank” vasitəsilə başlanılıb.

Kreditor tələbinin ödənilməsi nağdsız qaydada həyata keçirilir.

Ləğv prosesində olan banklarda kreditor tələbi olan fiziki şəxslər “Kapitalbank”ın aşağıda təqdim olunan siyahı üzrə filiallarına şəxsiyyətlərini təsdiq edən sənədlə müraciət edə bilər. Bankın filial şəbəkəsinin siyahısı ilə bu linkdən tanış olmaq mümkündür.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların, avronun bu günə olan məzənnəsi

Sonrakı məqalə

Bu gündən 570 güzəştli mənzil satışa çıxarılır –