Lənkəranda çay fabriki bağlanır

“Avrora-Çay” ASC ləğv edilir. Bununla bağlı dekabrın 27-də səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bu barədə şirkətin idarə heyətindən bildirilib. Məlumata görə, yığıncaqda Səhmdar cəmiyyətin ləğv edilməsi, Ləğvetmə komissiyası (təsviyyəçinin seçilməsi) yaradılması və digər məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, şirkət 1998-ci ildə yaradılıb, onun nizamnamə kapitalı 137 min 70 manat, qanuni təmsilçisi isə Gülqayit Haciəli Qızı Quliyevadır.

ASC Lənkəran rayonu, Hirkan qəsəbəsində yerləşir. Səhmdarlarının sayı 50-dən çox olan şirkətdir.

Əvvəlki məqalə

Ordumuzun Daşkəsən və Tovuzdakı mövqeləri atəşə tutulub

Sonrakı məqalə

Valyuta məzənnələri