Lənkəranda yol qəzasında sürücü yanaraq ölüb- FOTO

Fövqəladə Hallar Nazirliyi Lənkəranda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb.

“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, Lənkəran şəhərinin Girdəni kəndində “VOLVO” və “QAZel” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yanğın hadisəsi baş verib. Hadisə yerinə Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Yanğın nəticəsində “QAZel” markalı yük avtomobilinin mühərrik hissəsi, kabinası və banında olan 3 ton arpanın 1,5 tonu yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) yanmış meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

“Report”un bölgə müxbirinin əldə etdiyi məlumata görə, ölən şəxs Cəlilabad rayonunun Alar kənd sakini 1983-cü il təvəllüdlü Əzizov Rasif Nabatəli oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanın tanınmış jurnalisti vəfat edib

Sonrakı məqalə

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1 milyard dolları ötüb