Laçın istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 23-ü saat 15:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Əvvəlki məqalə

“Erməni hərbi qulluqçusunu bölmələrimiz öldürməyib” –

Sonrakı məqalə

Lerikdə bir ailənin 4 üzvünün ölümünün təfərrüatları məlum olub