“Laçın” sərhəd NBM-dən erməni sakinləri artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başlayıb”- XİN

Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsini (NBM) təsis etməsi məsələsinə hər hansı bir şərh qəbuledilməzdir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.

“Ermənistan tərəfi Azərbaycanın daxili işlərinə qarışmağa və uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətə son qoymalıdır”, – məlumatda vurğulanır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.