Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobilin maneəsiz keçidinə şərait yaradılıb.
Texniki nasazlıq ucbatından Laçın rayon ərazisində qalan RSK- nə məxsus avtomobilin qoşquda aparılmasına şərait yaradılıb. Səhər saatlarından indiyədək ümumilikdə RSK- nə məxsus 7, BQXK- nə məxsus 7 avtomobilin aksiya keçirilən ərazidən maneəsiz keçidinə şərait yaradılıb.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb. (APA)