Laçında 2 ton nəşə məhv edilib

Laçında 2 tondan artıq çətənə bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri tədbirlər nəticəsində rayonunun Qarıqışlaq kəndinin ərazisində, Həkəri çayının sahilində çətənə bitkiləri aşkar edilib.

Yabanı halda bitən ümumilikdə, çəkisi 2 ton 320 kiloqram olan 5158 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

Azpost.info

Əvvəlki məqalə

Psixiatriya Xəstəxanasında gənc oğlan özünü öldürüb

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri