Lavrov: Bayden ABŞ-Rusiya münasibətlərinə böyük ziyan vurub

Lavrov
Lavrov

Bayden administrasiyası ABŞ-Rusiya münasibətlərinə böyük ziyan vurub. AzPost aif.ru-ya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.  “Zərər çox böyükdür” deyə o,  jurnalist Pavel Zarubinin sualına cavab verərəkən Lavrov qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Co Bayden Ukraynaya qeyri-sağlam maraq ucbatından  Qərblə Rusiya arasında az qala nüvə silahına çevrilmiş münaqişəyə başlayıb.  Rusiya tərəfi Vaşinqtonla Moskva arasında münasibətlərin normallaşdırılmasının zəruriliyini düşünür.

Qeyd edək ki, Britaniyanın “Financial Times” qəzeti Ukraynanın 2025-ci ildə Rusiya ilə sülh müqaviləsi bağlamağa razılaşacağını yazıb. Jurnalistlərin fikrincə, ölkə prezidenti Vladimir Zelenski hərbi əməliyyatları dayandırmaq üçün bəzi əraziləri güzəştə gedəcək. Bunun müqabilində Ukrayna ABŞ-ın dəstəyi ilə Avropadan təhlükəsizlik zəmanəti alacaq.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.