Lavrov da İsraildən üzr istəyəcəkmi? –Kremldən açıqlama

İsrail tərəfi Rusiya prezidenti Vladimir Putinin xarici işlər naziri Sergey Lavrovun yəhudilər haqqında sözlərinə görə üzr istədiyini bildirsə də, Kreml yaydığı açıqlamada bu məqama toxunmamışdı.

Azpost.info xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin bununla bağlı sualına cavab olaraq bildirib ki, Kreml Rusiya prezidenti ilə İsrailin baş naziri Naftali Bennet arasında söhbətə dair xəbərə heç nə əlavə edə bilməz: “Çox vacib söhbət idi. Lakin hazırda söhbətin nəticələrinə əsasən yazılı açıqlamada bildirdiklərimizə əlavə edəcəyimiz heç nə yoxdur”.

Xarici işlər naziri Sergey Lavrovun da İsraildən üzr istəməli olub-olmaması ilə bağlı suala cavabında isə Peskov qeyd edib ki, Rusiya israilli dostları ilə etibarlı dostluq dialoqunu davam etdirir.

Azpost.info

Əvvəlki məqalə

Vilyam Hacıyev 14 şahidin məhkəməyə gəlməsini istədi –

Sonrakı məqalə

“Azovstal”dan 500-ə yaxın insan təxliyə edilib –