“Azovstal”dan 500-ə yaxın insan təxliyə edilib –BMT baş katibi

Mariupoldakı “Azovstal” zavodunun Rusiya hərbçiləri tərəfindən bloklanan ərazisindən 500-ə yaxın insan təxliyə edilib.

Azpost.info xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş bildirib. “BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə əməliyyatı zamanı Mariupoldakı “Azovstal” zavodundan və ona bitişik ərazilərdən 500-ə yaxın insanı təxliyə edib”, – Quterreş deyib.

Baş katib ümid etdiyini bildirib ki, Moskva və Kiyev arasında davamlı koordinasiya mülki şəxslərin azad edilməsi üçün humanitar fasilələrin sayını artıracaq.

Azpost.info

Əvvəlki məqalə

Lavrov da İsraildən üzr istəyəcəkmi? –

Sonrakı məqalə

12 iranlı turist Moskvada yoxa çıxıb