Lavrov Rusiya hərbi bazasının çıxarılması çağırışlarını “zərərli” adlandırdı

“Rusiya hərbi bazası müqaviləyə uyğun olaraq Ermənistanda yerləşir, onun respublika ərazisində yerləşməsinin məqsədəuyğunluğu barədə danışmaq zərərlidir”.

Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair TASS-a müsahibəsində deyib.

“Biz Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının yerləşməsinin məqsədəuyğunluğu ilə bağlı müzakirələri zərərli hesab edirik. Bazanın orada yerləşməsi ilə bağlı saziş 1995-ci il martın 16-da imzalanıb. Bu saziş ilk növbədə, milli maraqlara və Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün bağlanıb”, – nazir qeyd edib.

Lavrov qeyd edib ki, Rusiya ordusu bu gün regionda sülhün təmin edilməsində əsas elementdir.

Qeyd edək ki, 2010-cu il avqustun 20-də Rusiya Federasiyası və Ermənistan bazanın yerləşdirilməsi haqqında sazişin müddətini 2044-cü ilə qədər uzadıb.

Əvvəlki məqalə

Azərbaycanın valyuta ehtiyatları 68 milyard dolları keçib

Sonrakı məqalə

Bakı-Quba-Rusiya yolunun kənarında yanğın başlayıb