Lavrov və Çavuşoğlu telefonla müzakirə aparıblar

Rusiya xarici işlər naziri Sergey Lavrov türk həmkarı Mövlud Çavuşoğlu ilə telefonda yüksək səviyyədə keçiriləcək Astana görüşünə hazırlığı müzakirə ediblər.

Azpost.info bildirir ki, bu barədə XİN məlumat yayıb. Nazirlər Suriya münaqişəsinin həlli prosesinə toxunublar. Tərəflər tezliklə Suriyada Konstitutsiya Komitəsinin formalaşdırılmasının marağında olduqlarını bəyan ediblər.

Lavrov və Çavuşoğlu həmçinin Rusiya Türkiyə əməkdaşlığının aktual mövzularını müzakirə ediblər.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir