Lerikdə torpaq sürüşməsi baş verib, Lənkəran – Lerik yolu bağlanıb

Lerikdə torpaq sürüşməsi baş verib, Lənkəran – Lerik yolu bağlanıb.

Bu gün günorta saatlarında hava şəraitinin dəyişməsi və Lerik rayonunda güclü leysan, dolu düşməsi nəticəsində dağlarda torpaq sürüşməsi, uçqun baş verib.

Torpaq sürüşməsi əsasən Lerik-Lənkəran magistralının 37-ci kilometrliyində Lerik rayonunun Peştətük kəndi ərazisində baş verib. Hazırda əraziyə 52 saylı Lerik yol istismar MMC-nin ağır texnikaları və canlı qüvvəsi cəlb olunub. Yolun qismən açıldığı bildirilir.

Rayon ərazisində axşama doğru hava şəraitinin daha da kəskin dəyişəcəyi bildirilir. (APA)

Əvvəlki məqalə

Şuşada Qarabağ müharibəsi qaziləri, hərbçilərimiz və şəhid ailələrinin üzvləri ilə görüş təşkil edilib

Sonrakı məqalə

Ermənistanın siyasi-hərbi rəhbərliyinə revanşizm xülyalarından tamamilə əl çəkməyi tövsiyə edirik