Liflə zəngin qidalar bağırsaq xərçənginin qarşısını alır

Liflə zəngin tərəvəzlər, meyvələr, göyərti və paxlalılar bağırsaq xərçənginin qarşısının alınması üçün ən təsirli vasitələrdən biri hesab olunur.

Azpost.info xəbər verir ki, liflə zəngin olan qidalar orqanizmdən müxtəlif toksinləri çıxarmaqla yanaşı, onların sorulmasına mane olur. Bu məhsullar toksinlərin bağırsaq divarları ilə təmas müddətini azaldır.

Bəzi lifli qidalar şiş əleyhinə xüsusiyyətlərə malikdir. Mövcud epidemioloji məlumatlara görə, yüksək lifli qidalar qalın bağırsaq xərçəngi riskini aşağı salır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.