“Limanları açmasanız, milyonlarla insan öləcək” –BMT Putinə müraciət etdi

BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bisli Rusiya prezidenti Vladimir Putini qlobal fəlakətin qarşısını almaq üçün Qara dənizdə Ukrayna limanlarını açmağa çağırıb.

Azpost.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Bu limanlar bloklandığı üçün dünyada milyonlarla insan öləcək. Ukrayna ilə münasibətinizdən asılı olmayaraq, dünyanın durumunu düşünürsünüzsə, bu limanları açmalısınız”, – Bisli bildirib.

BMT rəsmisi deyib ki, Ukrayna digər dövlətlərin ehtiyac duyduğu buğda da daxil olmaqla, kənd təsərrüfatı məhsulları üçün həyati əhəmiyyətli ehtiyatlara malikdir: “Limanlar 60 gün ərzində açılmalıdır. Əks halda, kənd təsərrüfatına yönəlmiş Ukrayna iqtisadiyyatı iflasa uğrayacaq”.

Azpost.info

Əvvəlki məqalə

İstanbulda Media və İnformasiya üzrə İşçi Qrupun iclası keçirilir

Sonrakı məqalə

COVİD-19-a yoluxanların sayı açıqlandı