“Bu il mərkəzləşmiş qaydada qəbul aparılacaq 32 lisey və gimnaziyada 3990 vakant şagird yeri var”.
APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəetmə sektorunun müdiri Fuad Qarayev “Təhsil masası”nda deyib.
O bildirib ki, bu vaxta qədər təxminən 18 min şagird qeydiyyatdan keçib:
“İyunun 6-na qədər qeydiyyatdan keçənlərin sayının 25 mindən çox olma ehtimalı daha böyükdür”.