Litva gömrük orqanları boş yük maşınlarının Rusiya və Belarusla sərhədi keçməsini qadağan edib.
Azpost.info xəbər verir ki, qadağa Avropa İttifaqında, o cümlədən Litvada qeydiyyatda olan avtomobillərə şamil edilir.
Aİ-nin gömrük ərazisindən və ya ondan kənara yük daşıyan yük maşınları üçün istisna hal nəzərdə tutulur.
Litva gömrükçülərinin dediklərinə görə, bu qərar Aİ-nin Rusiya və Belarusa yük avtomobillərinin ixracını, eləcə də bu növ nəqliyyatın Rusiya ərazisindən tranzitini qadağan edən qaydalarına uyğun olaraq qəbul edilib.
Azpost.info