Litva dövlət qulluqçularının Rusiya və Belarusa səfərlərinə qadağa qoymaq istəyir

Litva hakimiyyəti ölkənin dövlət qulluqçuları, hərbi qulluqçuları və məxfi məlumatlara çıxış hüququ olan şəxslərin Rusiya və Belarusa səfərlərini qadağan etməyə hazırlaşır.

Azpost.info xəbər verir ki, bu təkliflə Litva hökuməti tərəfindən yaradılmış Milli Təhlükəsizlik Komissiyası çıxış edib.

“Komissiya dövlət qulluqçularının, hərbi qulluqçuların və məxfi məlumatlara çıxışı olan şəxslərin Rusiya və Belarusa səfərlərinin məhdudlaşdırılması məsələsini müzakirə edib”, – Milli Antiböhran Mərkəzinin rəhbəri Vilmantas Vitkauskas bildirib.

Azpost.info

Əvvəlki məqalə

Ukrayna Rusiya, Suriya, İran, Belarusla bir sıra müqavilələrdən çıxdı

Sonrakı məqalə

Əziz dostum və qardaşım İlham Əliyevlə Qarabağa, Füzuliyə səfər böyük arzularımdan biri idi