Litva prezidenti Gitanas Nauseda ölkənin Rusiyadakı səfiri Eitvydas Bayarunasın səlahiyyətlərini ləğv edən fərman imzalayıb.
Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Rusiyadakı səfirin səlahiyyətlərinə hökumətin təklifi və Litva Seyminin Xarici Siyasət Komitəsinin razılığı ilə iyunun 1-dən xitam verilir. Litvalı diplomat hələ aprel ayında Rusiyadan geri çağırılmışdı. Eyni zamanda, Litva hökuməti Rusiya səfiri Aleksey İsakovdan ölkəni tərk etməyi tələb edib.
Azpost.info