Litva səfiri Gürcüstan XİN-nə çağırılıb

Litvanın Tbilisidəki səfiri Andrius Kalindran Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Azpost.info xəbər verir ki, bu barədə Gürcüstan XİN-in mətbuat xidməti məlumat yayıb.

“Gürcüstan tərəfi səfirə Litva rəsmilərinin bu yaxınlarda verdiyi bəyanatları, eləcə də Litva xarici işlər nazirinin Tbilisidəki etiraz aksiyasında iştirakı ölkənin daxili işlərinə kobud müdaxilədir və iki ölkə arasında ənənəvi olaraq mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinə uyğun gəlmir”, – məlumatda deyilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.