Livandakı səfirliyə təxliyə ilə bağlı müraciət edən azərbaycanlılar var?- XİN-dən açıqlama

Livanda səfirlikdə qeydiyyatda olan çox az sayda azərbaycanlı var.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, 3 avqust tarixində səyahət xəbərdarlığı verilib.

“Livandan təxliyə ilə bağlı heç bir müraciət daxil olmayıb”, – deyə əlavə edilib.

Xatırladaq ki, sentyabrın 17-də Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində azı 12 nəfər ölüb, 4 min nəfər yaralanıb. Bunun nəticəsi olaraq, Livanda təyyarə sərnişinlərinə peycer və ratsiyaların daşımasına qadağan edilib(trend).

Əvvəlki məqalə

“Son illərdə Xəzər dənizində çirklənmə müşahidə olunmur”

Sonrakı məqalə

Azərbaycan Yazıçılar Birliyi Elza Seyidcahana xəbərdarlıq edib