İngiltərənin “Liverpul” komandası futbolçusu Rayan Qravenberxlə müqavilənin uzadılması üçün bağlı danışıqlara başlayıb.
Mersisayd təmsilçisi 23 yaşlı niderlandlı yarımmüdafiəçinin ötənilki uğurlu çıxışına görə bu qərarı verib. Onun hazırkı sözləşməsi 2028-ci ilin yayında başa çatacaq.
R.Qravenberx “Liverpul”un heyətində ötən mövsüm 49 matçda 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Niderland millisinin üzvü 2023-cü ildə Almaniyanın “Bavariya” klubundan İngiltərə təmsilçisinə keçib.