“Liverpul” öz meydanında böyük hesablı qələbə qazanıb

Futbol üzrə İngiltərə Premyer Liqasında XXX turdan təxirə salınmış “Liverpul” – “Mançester Yunayted” oyunu keçirilib.

“Enfild” stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0.

Qolları Luis Dias 5-ci, Məhəmməd Salah 22-ci və 85-ci, Sadio Mane 68-ci dəqiqədə vurublar.

“Liverpul” ilk dövrədə də “Mançester Yunayted”i darmadağın etmişdi – 5:0.

Hazırda mersisaydlılar 32 oyundan 76 xalla 1-ci pillədə qərarlaşıb. Ehtiyatda bir oyunu olan “Mançester Siti” 74 xalla ikinci yerdə gedir. “Mançester Yunayted” isə 33 matçdan 54 xalla 6-cıdır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.