Liz Trass: “Ukraynada müharibənin dayanması üçün Türkiyə ilə birgə çalışırıq”

Türkiyə ilə birlikdə Ukraynada müharibənin dayanması, sülhün bərqərar olması üçün çalışırıq.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Böyük Britaniya xarici işlər naziri Liz Trass türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Ankarada keçirilən birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Rusiyanın başlatdığı müharibə səbəbindən Ukraynanın Qara dənizdəki limanları bağlıdır və bütün dünyaya ixrac edilməli taxıl orada qalıb.

Nazir əlavə edib ki, bu limanların açılması üçün BMT çərçivəsində işlər görülür.

Əvvəlki məqalə

Rumıniyalı nazir: “Azərbaycanla bir sıra sahələrdə əlaqələri inkişaf etdirmək niyyətindəyik”

Sonrakı məqalə

Əli Əliyevin həbs cəzası artırılıb