Məkkədə güclü qasırğa Kəbə ziyarətçilərinə çətin anlar yaşatdı –VİDEO

Səudiyyə Ərəbistanını pis hava şəraiti müşahidə olunub.

Azpost.info bildirir ki, bu barədə “Gulf News” xəbər verir.

Nəşrin məlumatına görə, qasırğanın əsas zərbəsi Məkkə və Ciddə şəhərlərinə, eləcə də bir sıra digər bölgələrə dəyib. Sosial şəbəkələrdə yayılan videoda güclü küləyin qarşısına çıxan hər şeyi uçurduğu aydın görünür.

Eyni vəziyyət Məkkə Kəbə Evində ümrə ziyarətində olan  zəvvarların hərəkətində ciddi çətinliklər yaradıb.

Digər videolarda Ciddənin şimal-şərqindəki Asfan yolunda küləyin və güclü yağışın təsiri altında elektrik dirəklərinin dağıldığı əks olunub. Bir neçə videoda elektrik dirəklərinin təhlükəli şəkildə yollara əyilməsi və qeyri-sabit vəziyyət yaratdığı göstərilir.

Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzi yaxın 24 saat ərzində ölkədə hökm sürəcək hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Mədinə, Məkkə, Əsir, Cazan və Əl-Bəha kimi bölgələrdə aktiv küləklərlə müşayiət olunan tufan gözlənilir. Eyni zamanda, Nəcran və Təbuk rayonlarında tozlu küləklərin əsəcəyi gözlənilir.

 

 

 

https://twitter.com/al_alree7/status/1694017839965909465?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1694017839965909465%7Ctwgr%5E9042f673d87dee959079c881f666e8dec3d388a9%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Ftengrinews.kz%2F%2Fworld_news%2Fshtorm-obrushilsya-na-mekku-video-508347%2F

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.