Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Məktəblərə direktorlar qapalı yolla kənardan təyin olunur” –

User 16 May 2022 - 09:37 (Last updated: 21 May 2025 - 20:15)
Bələdiyyələr

Bələdiyyələr

“Ümumtəhsil məktəblərinin özündə çalışan direktor müavinləri təyinatdan kənarda qalır, boşalan direktor yerlərinə kənar məktəblərdən direktor müavinləri təyinat alırlar. Bu isə kollektivdə intriqaların yaranmasına, idarəçilik ənənələrinin pozulmasına və bütün dünyada qəbul olunmuş sosial lift prinsipinin ayaqlar altına atılmasına səbəb olur”.
Azpost.info bildirir ki, bu barədə Milli Məclisin deputatı Etibar Əliyev META-da açıqlama ilə çıxış edib.
Onun sözlərinə görə, son zamanlar ümumtəhsil məktəblərində baş verən neqativ hallar Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü kimi onu  çox narahat edir. Məktəb direktorlarının təyinatında yol verilən ciddi qanun pozuntuları neqativ halların dərinləşməsinə səbəb olur: “Konkret olaraq iki nümunə göstərəcəm. 210 nömrəli tam orta məktəbə direktor vəzifəsinə 95 nömrəli tam orta məktəbdə direktor müavini işləyən Həqiqət Gülalıyeva birbaşa təyin olunub. 165 nömrəli tam orta məktəbə isə 252 nömrəli məktəbdə cəmi 1 ilə yaxın direktor müavini işləmiş Ruslan Nağıyev birbaşa təyin olunub. Bildiyimiz kimi, ümumtəhsil məktəblərinə direktor vəzifəsinə təyinat təcrübəsi, şəxsi bacarıq və keyfiyyətləri əsas götürülməklə təlimlərə cəlb olunduqdan sonra müvafiq imtahan və müsabiqələrdən keçən şəxslər təyinat almalıdırlar. Verilən məlumatlara görə, hər iki şəxs faktiki olaraq imtahan və müsahibələrdə iştirak etməyiblər. Belə halların sayı çoxdur. Və həmçinin qapalı və mübhəm direktor təyinatları geniş vüsət alıb”-deyə deputat vurğulayıb.

Post navigation

Previous: Yaponiyada dünən COVİD-19-a 35 min yeni yoluxma qeydə alınıb
Next: Bakı-Naxçıvan təyyarəsi tufan səbəbilə geri qayıdıb

Oxşar xəbərlər

pese mekteb
  • Sosial

Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir

User 03 Noyabr 2026 - 14:35
bextiyar dali
  • Sosial

Novxanıdakı məşhur “milyonluq saray”ın sahibi həbs edildi

User 03 Noyabr 2026 - 14:11
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı
  • Sosial

“Din, elm adı ilə antidövlət fəaliyyəti ilə məşğul olurlar” – Deputat

User 03 Noyabr 2026 - 13:22

xƏBƏR

budce
  • İqtisadiyyat

Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır

User 03 Noyabr 2026 - 15:06
Milli Məclisin komitələrində “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başlayır. Sabah qanun layihəsi...
Read more about Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
“Ukraynada müharibə yaxın aylarda başa çatacaq, hamı yorulub” – Lukaşenko lukasenko
  • Dünya

“Ukraynada müharibə yaxın aylarda başa çatacaq, hamı yorulub” – Lukaşenko

User 03 Noyabr 2026 - 14:50
Rusiya Ukrayna ilə danışıqlara kimin rəhbərlik edəcəyini açıqladı peskov
  • Dünya

Rusiya Ukrayna ilə danışıqlara kimin rəhbərlik edəcəyini açıqladı

User 03 Noyabr 2026 - 14:41
Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir pese mekteb
  • Sosial

Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir

User 03 Noyabr 2026 - 14:35
Tramp İranla bağlı qərarını verir – Müharibə başlayacaq, yoxsa Tehranla razılaşacaq? Tramp
  • Dünya

Tramp İranla bağlı qərarını verir – Müharibə başlayacaq, yoxsa Tehranla razılaşacaq?

User 03 Noyabr 2026 - 14:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.