ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışının ictimaiyyət tərəfindən yanlış anlaşıldığını bildirib.
Azpost.info xəbər verir ki, Kissincer “Time” jurnalına müsahibəsində Ukrayna torpaqlarının Rusiyaya verilməsinə çağırış etmədiyini deyib.
“Mən xəbərdarlıq etdim ki…”
Onun fikrincə, yalnız Donbas və Krım ölkələr arasında ərazi mübahisələrinin predmeti ola bilər. Çünki onlar indiki böhran çərçivəsindən kənara çıxırlar: “Mən bunu heç vaxt deməmişəm. Mən dedim ki, atəşkəs üçün ən yaxşı ayırıcı xətt müharibədən əvvəlki status-kvodur. Yəni Rusiyanın tərkibində olan və ya onun bir hissəsi kimi qəbul edilən ərazilərdə müharibə aparılmamalıdır.
Mən xəbərdarlıq etdim ki, Ukraynanın azadlığı uğrunda gedən müharibəni Rusiyanın gələcəyi üçün müharibəyə çevirməyin. Bu barədə çox diqqətlə düşünmək lazımdır. İndi Rusiya hələ də Ukraynanın müharibədən əvvəlki ərazisinin 15 faizini işğalda saxlayır. Bu ərazi qeyd-şərtsiz Ukraynaya qaytarılmalıdır”.
“Ukraynanın azadlığının və Avropadakı mühüm rolunun tərəfdarıyam”
Kissincerin fikrincə, ərazi mübahisələrinin kəskinləşməsi idarəolunmaz nəticələrə gətirib çıxara bilər: “Mən deməmişəm ki, ərazi verilsin. Sadəcə onu nəzərdə tuturdum ki, hər hansı danışıqlarda onun ayrıca statusu olmalıdır. Mən qeyd-şərtsiz Ukraynanın azadlığının və Avropadakı mühüm rolunun tərəfdarıyam”.
Azpost.info