Mənim gündəliyim müsbətdir, ortaq maraqlarımız naminə çalışacağam- ABŞ səfiri

Azərbaycanla münasibətlərimizi daha da dərinləşdirmək istiqamətində imkanlar var.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi yerli mediaya açıqlamasında deyib.

Diplomat Azərbaycanda fəaliyyətə başlamağından məmnun olduğunu vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-nin Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, Ukraynaya humanitar yardım kimi sahələrdə əməkdaşlığı, prioritetləri var.

Səfir keçən aylar ərzində münasibətlərdə müəyyən anlaşılmazlıqların olduğunu qeyd edib.

“Mənim gündəliyim müsbətdir, ortaq maraqlarımız naminə çalışmağa davam edəcəyəm”, – diplomat əlavə edib(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.