Mərkəzi Bank Rusiya qızılının saxlanıldığı yeri açıqladı

Rusiya Mərkəzi Bankı ölkənin qızıl ehtiyatlarının ölkədən çıxarılması və başqa yerdə olması ilə bağlı xəbərləri təkzib edib.

Azpost.info xəbər verir ki, bankdan qızıl-valyuta ehtiyatlarından olan bütün qızılların Rusiya Bankının ölkə ərazisindəki kassalarında olduğu bildirilib.

Mərkəzi Bank bütün qızıl-valyuta ehtiyatlarının niyə ölkə daxilində saxlanılmadığını da açıqlayıb: “Onları iki (ənənəvi maliyyə və geosiyasi) mümkün böhran ssenarisini nəzərə alaraq formalaşdırmışıq. Birinci halda, ehtiyatlar Rusiyanın aktiv ticarət apardığı və şirkətlərin, bankların və dövlətin borclarının ifadə olunduğu ölkələrin valyutalarında, yəni əsasən dollar və avroda lazımdır. İkinci halda, Qərbin təsiri altına düşə bilməyən ehtiyatlar lazım idi və buna görə də qızıl və yuanın payı artırıldı”.

Bankdan onu da qeyd ediblər ki, bununla belə, bu aktivlər çox likvid deyil və klassik maliyyə böhranı zamanı tez əldə edilə bilməz: “Eyni zamanda, dollar və avronu dondurulmaqdan qorumaq üçün heç bir yol yox idi”.

Azpost.info

Əvvəlki məqalə

Zaqatalada ana ölümü ilə bağlı cinayət işi başlanılıb

Sonrakı məqalə

“Sosial şəbəkələri bloklamaqla bağlı qərar verməmişik” –