Amerika aktyoru Robert Forster Los-Ancelesdə vəfat edib.
APA-nın “gazeta.ru” saytına istinadən verdiyi xəbərə görə, 79 yaşlı aktyor beyin xərçəngindən əziyyət çəkirdi.
Forster Kventin Tarantinonun “Ceki Braun” filmindəki Maks Çerri rolu ilə məşhurdur.