Məşhur kimyaçı Mendeleyev Rusiya kəşfiyyatının agenti olub –

Narışkin açıqlayıb
02 Dekabr 2020 - 22:07

Məşhur kimyaçı alim, elementlərin dövrü cədvəlinin yaradıcısı Dmitri Mendeleyev 19-cu əsr Rusiya kəşfiyyatının məşhur casusu olub.

Azpost.info bildirir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin “İstorik” jurnalına müsahibəsində deyib.

“Məşhur şəxsiyyətlərdən kimlər kəşfiyyat işinə cəlb edilmişdi?” sualına onun cavabı maraqlı olub: “Bunların sırasında İmperator tarix cəmiyyətinin ilk sədri, knyaz Pyotr Vyazemski, kimyaçı Dmitri Mendeleyev, coğrafiyaşünas Nikolay Prejevalski, və həmçinin yazıçı və diplomat Aleksandr Qriboyedov olub”.

Narışkin deyib ki, onların hər biri az-çox siyasi və hərbi-strateji kəşfiyyat fəaliyyəti ilə məşğul olub.