“Yeşilçam” ulduzu Fatma Girik Ankarada xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, 76 yaşlı aktrisa yeriməkdə çətinlik çəkir. Girik 4 həftə xəstəxanada müalicə olunmalıdır. Vəziyyətinin yaxşı olduğu deyilir.
Qeyd edək ki, Fatma Girik fevralda beyin əməliyyatı, 2016-cı ildə isə bud əməliyyatı keçirib.