Məktəbəhazırlıq qruplarının dərs və tətil vaxtları açıqlanıb

Məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır.

Bu barədə Məktəbəhazırlıq qruplarının tədris planında qeyd olunub.

Bildirilib ki, I yarımil 1 oktyabr – 26 yanvar; II yarımil 1 fevral – 31 may tarixlərini əhatə edir.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

payız tətili: 16-20 noyabr (5 gün);

qış tətili: 27-31 yanvar (5 gün);

əlavə tətil: 1-5 may (5 gün).

Əvvəlki məqalə

“Təzyiq yüksələndə meyxoş meyvə qəbul edin!”

Sonrakı məqalə

Azərbaycanda daha 488 nəfər COVID-19-a yoluxub, ölən olmayıb