Məleykə Abbaszadə:"Temperaturu olan şəxslər imtahana buraxılmayacaq"

“Fevral və mart ayında keçirilən imtahanlarda iştirak edən namizədlərin də temperaturu ölçülürdü. Növbəti dəfə də keçirəcəyimiz imtahanlarda kimsə xəstə olsa o, iki dəfə keçirilməsi nəzərdə tutulan imtahan olsa digərində iştirak edəcək. Yox əgər bir dəfə imtahan keçirilsə o, xəstə halda imtahana buraxılmayacaq”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, hər bir namizəd imtahana gəlməmişdən qabaq öz səhhətinə diqqət etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ombudsmanın illik hesabatı ilə bağlı dinləmələr keçirilib

Sonrakı məqalə

Polislər arasında koronavirusa yoluxanlar var –